AZ

ABŞ Konqresində respublikaçıların Hegsetə etimadı azalıb

Pentaqonda kadr sabitsizliyi narazılıq yaradıb, müdafiə nazirinin istefası tələbləri səslənib...

Poliqon xəbər verir ki, ABŞ Konqresində respublikaçı qanad arasında müdafiə naziri Pete Hegsethə etimadın azaldığı bildirilir. The Hill nəşrinin amerikalı qanunvericilərə istinadən yaydığı məlumata görə, Pentaqonda müşahidə olunan kadr sabitsizliyi və tez-tez baş verən dəyişikliklər ciddi narazılıq doğurur.

Mənbələr qeyd edir ki, xüsusilə respublikaçı senatorlar müdafiə nazirinin ABŞ ordusunun qərargah rəisini — George vəzifəsindən uzaqlaşdırmaq qərarından narazıdırlar. Bu addım Konqresdə ciddi rezonans doğurub və bəzi qanunvericilər artıq Pete Hegsethin özünün də vəzifədən getməli olduğunu açıq şəkildə dilə gətirirlər.

Bildirilib ki, nazirə olan etimadın azalmasının əsas səbəblərindən biri onun yüksək rütbəli hərbçilərlə yaşadığı fikir ayrılıqlarıdır. Qeyd olunur ki, bu zabitlərin Konqresdə nüfuzlu siyasi əlaqələri var və bu da yaranmış gərginliyin siyasi müstəviyə keçməsinə səbəb olub.

Müşahidəçilərin fikrincə, Pentaqonda kadr siyasəti ətrafında yaranmış qeyri-sabitlik ABŞ-nin müdafiə idarəçiliyində koordinasiya problemlərinə yol aça bilər. Bu isə həm daxili təhlükəsizlik strategiyasına, həm də beynəlxalq hərbi əməkdaşlığa təsir göstərə biləcək amil kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr