Unikal.az saytına istinadən ain.az xəbər verir.
Paytaxtda bağ evlərinin kirayə bazarında canlanma müşahidə olunur. Qiymətlər 1000 manatdan başlayaraq 40 min manatadək dəyişir.
"Unikal" xəbər verir ki, yay mövsümünə hələ vaxt qalsa da, bağ evləri artıq indidən bron edilir. Bəziləri evləri günlük, digərləri isə aylıq əsasda kirayələyir. Qiymətlərin yüksək olmasına baxmayaraq, müştəri marağı kifayət qədərdir.
Ekspert Hacıbala Quliyevin sözlərinə görə, 1000–1500 manat aralığında olan bağ evlərinə tələbat çox olsa da, bu kateqoriyada təklif azdır. Kirayə götürmək istəyənlər əsasən evin təmir vəziyyətinə və otaq sayına üstünlük verirlər.
Rieltorlar bildirirlər ki, yay mövsümü yaxınlaşdıqca qiymətlərin daha da artacağı gözlənilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.