AZ

“Spotify”nin işində problemlər yarandı


Bəzi ölkələrdə “Spotify” axın xidmətində nasazlıq yaranıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.
Bildirilib ki, istifadəçilərin 58%-i tətbiqin işindən, 23%-i audionun axın şəklində ötürülməsində çətinliklərdən, daha 11%-i isə qoşulmada fasilələrdən şikayətlənir.
Qeyd edilib ki, ABŞ-də 3,3 mindən çox istifadəçi işdə pozuntular barədə məlumat verib. Həmçinin Böyük Britaniya, Almaniya, İtaliya və Kanadada da nasazlıqlar qeydə alınır.
Seçilən
44
3
yeniavaz.com

4Mənbələr