AZ

Xarici İşlər Nazirliyində görüşlər

Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Valeriya Çukasini qəbul edib.

Görüş zamanı Azərbaycan ilə Uruqvay arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və institusional əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Diplomatik akademiyalar arasında əməkdaşlıq haqqında razılaşma məmnunluqla qeyd olunaraq, kadr hazırlığı, təcrübə mübadiləsi və birgə təlim proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Bununla yanaşı, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması məqsədilə viza rejiminin liberallaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.

Tərəflər ötən il Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Uruqvaya səfərinin ticarətin və iqtisadi əlaqələrin inkişafına müsbət töhfə baxımından vacibliyini vurğulayaraq, bu kimi təmasların davamlılığının əhəmiyyətini qeyd ediblər.

Eyni gündə Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə xarici işlər nazirinin müavini Valeriya Çukasi rəhbərlik edib.

***

Həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi, habelə bir sıra qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən turizm, viza liberallaşdırılması, təhsil, mədəniyyət, humanitar, tələbə mübadiləsi, Parlamentlərarası əlaqələr və bir sıra digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Ölkəmizdə ispan dilinə artan maraq, bu sahədə təşkil olunan proqramlarda vətəndaşlarımızın iştirakı məmnunluqla qeyd olunub.

Azərbaycanın COP29-a ev sahibliyi, bir sıra beynəlxalq platformalarda sədrliyi, regionda liderliyi təqdir olunub. Hər iki ölkənin minalardan əziyyət çəkdiyi diqqətə alınaraq, minasızlaşdırma sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Eyni gündə Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Kolumbiya tərəfdən isə xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria rəhbərlik edib.

XQ

 

Seçilən
80
11
xalqqazeti.az

10Mənbələr