AZ

Şor və Abramoviçin adı qalmaqalda: Rusiya qazı sanksiyalardan necə yayınır?

Rusiya qazının ixracı ilə bağlı yeni sxem üzə çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, araşdırmaya görə Moldovadan qaçmış oliqarx İlan Şor və rusiyalı milyarder Roman Abramoviç Rusiya qazının sanksiyalardan yan keçməklə ödənişində istifadə olunan mürəkkəb sxemlə əlaqələndirilir.

Məlumata əsasən, qaz üçün ödənişlər A7 adlı transsərhəd hesablaşma sistemi vasitəsilə həyata keçirilə bilər. Bu sistem PSB Bank və Şorla əlaqəli strukturların iştirakı ilə yaradılıb.

A7 sistemi 2024-cü ilin sonunda yaradılıb və beynəlxalq ödənişləri məhdudiyyətlərdən yan keçməklə həyata keçirmək üçün nəzərdə tutulub. Rəsmi olaraq sistem PSB və Şorla əlaqələndirilsə də, mənbələr onun arxasında daha güclü fiqurların dayandığını iddia edir.

Bu kontekstdə Abramoviçin layihəyə ümumi himayə göstərdiyi, milyarder Viktor Xaritonin-in isə maliyyə təminatını həyata keçirdiyi bildirilir. Qeyd olunur ki, 2025-ci ildə onunla əlaqəli strukturlar A7 sisteminə yüz milyardlarla rubl kredit ayırıb. Abramoviçin nümayəndələri isə bu iddiaları təkzib edir.

Şirkətin öz qiymətləndirməsinə görə, artıq A7 vasitəsilə trilyonlarla rubl həcmində əməliyyat həyata keçirilir və sistemin transsərhəd ödəniş bazarındakı payı 20 faizə yaxınlaşır.

 

Musavat.com

 

Seçilən
38
musavat.com

1Mənbələr