AZ

Tramp: BƏƏ-nin OPEC-dən çıxması yanacağın ucuzlaşmasına kömək edəcək

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və "OPEC+" sazişindən çıxmaq qərarını bəyənir.

"Report" xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu qərar dünya bazarlarında yanacaq qiymətlərinin aşağı düşməsinə kömək edəcək.

"Mən onu demək istəyirəm ki, bu, əladır. Bu, hadisələrin yaxşı inkişafıdır. Son nəticədə bu, benzinin və neftin, hər şeyin qiymətini aşağı salmaq üçün yaxşı olacaq. Onların OPEC-də bəzi problemləri var", - Tramp hesab edir.

Aprelin 28-də məlum olub ki, BƏƏ 1 may 2026-cı ildən etibarən OPEC və "OPEC+" sazişindən çıxır.

Seçilən
24
far.az

1Mənbələr