Türkiyədə xaricdən gətirilən qeydiyyatsız telefonlar şəbəkədən kəsiləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Texnologiyaları İdarəsi məlumat yayıb.
Türkiyədə xaricdən gətirilən mobil cihaz sahibləri üçün yeni xəbərdarlıq edilib. Ölkəyə gətirilən və IMEI nömrəsi qeydiyyatdan keçməyən cihazların mobil şəbəkəyə girişi tamamilə dayandırılacaq.
Qaydaya əsasən, bu tip telefonlar Türkiyə ərazisində yalnız 120 gün ərzində işləyə bilər.
Bu müddət bitdikdən sonra telefonlar avtomatik olaraq şəbəkədən kəsiləcək, zənglər, SMS-lər və mobil internet funksiyaları işləməyəcək.
Məlumata görə, bir çox istifadəçinin bu müddəti başa çatmaq üzrədir.
Bu səbəbdən vətəndaşlara cihazlarının statusunu öncədən yoxlamaq və ehtiyac yaranarsa, qeydiyyatdan keçmək tövsiyə edilir.
Xatırladaq ki, bu məhdudiyyət Türkiyədə alınan və ya sistemdə artıq qeydiyyatdan keçən telefonlara şamil edilmir.
Xuraman Etibarlı
İnterpress.az