ABŞ Konqresinin Ukraynaya verilməsi üçün təsdiqlədiyi 400 milyon dollarlıq yardım Pentaqon tərəfindən Avropa imkanlarını gücləndirmək üçün köçürülüb.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ müharibə naziri Pit Heqset Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı məlumat verib.
Pentaqon rəhbəri məsələ ilə bağlı ətraflı məlumat verməyib.