AZ

Konfrans Liqası: Arda Turanın komandası yarımfinal görüşünə çıxır

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, İspaniya təmsilçisi "Rayo Valyekano" öz meydanında Fransanın "Strasburq" komandası ilə üz-üzə gələcək.

Digər yarımfinal matçında isə türkiyəli baş məşqçi Arda Turanın çalışdırdığı "Şaxtyor Donetsk" İngiltərə Premyer Liqası təmsilçisi "Kristal Palas" ilə qarşılaşacaq.

Hər iki görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, cavab oyunları mayın 7-də keçiriləcək.

Seçilən
50
1
teleqraf.com

10Mənbələr