AZ

AYİB-in Azərbaycanda investisiyalarının həcmi 3,7 milyard avronu ötüb

BAKI, 30 aprel. TELEQRAF

31 mart 2026-cı il tarixinə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda ümumi investisiyalarının həcmi 3 milyard 712 milyon avroya çatıb.

Teleqraf xəbər verir ki, hazırda bankın Azərbaycanda aktiv portfelində 36 layihənin ümumi dəyəri 919 milyon avro qiymətləndirilir.

Bankın Azərbaycanda bu günədək maliyyələşdirdiyi layihələrin sayı 202-yə çatıb. Layihələr üzrə ümumi ödənişlər və verilmiş zəmanətlər 3 milyard 458 milyon avro təşkil edir.

Eyni zamanda, AYİB-in ölkədə əməliyyat aktivlərinin həcmi 716 milyon avroya bərabərdir.

Qeyd edək ki, bankın portfelində özəl sektorun payı 40%-dir. AYİB-in portfeldə kapital payı isə 1% təşkil edir.

Seçilən
53
teleqraf.com

1Mənbələr