AZ

İranın Qahirədəki səfiri: ABŞ İranla müharibədə uduzub

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ İranla qarşıdurmada məğlub olub və indi bunu danışıqlar yolu ilə kompensasiya etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, bunu İranın Misirdəki səfiri Muctəba Firdovsi Pur deyib.

Onun sözlərinə görə, ABŞ yalnız hərbi sahədə deyil, həm də qlobal iqtisadiyyat, enerji və valyuta sahələrində uduzub. Səfir qeyd edib ki, dollarla hesablaşmaların azalması da bunu göstərir.

“ABŞ həm döyüş meydanında, həm də iqtisadi və enerji sahələrində məğlub olub. Onlar uduzublar, lakin indi danışıqlar masasında və diplomatiya yolu ilə qalib gəlməyə çalışırlar”, – deyə diplomat bildirib.

Firdovsi Pur əlavə edib ki, İran ona qarşı həyata keçirilən hücumlardan sonra danışıqlar aparmaq məcburiyyətində deyil və əks tərəfdən istədiklərini tələb etmək haqqına malikdir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
bizimyol.info

1Mənbələr