AZ

Tramp Ukraynanın hərbi MƏĞLUBİYYƏTİNİ ELAN ETDİ - VİDEO

 

ABŞ prezidenti Donald Tramp Ukraynanın cəbhədəki hərbi məğlubiyyəti ilə bağlı kəskin bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə Rusiya lideri Vladimir Putinlə baş tutan telefon danışığından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ağ Ev rəhbəri bildirib ki, döyüş meydanındakı real vəziyyət Qərb mediası tərəfindən məqsədli şəkildə ictimaiyyətdən gizlədilir:

“Hesab edirəm ki, Ukrayna artıq hərbi cəhətdən məğlubiyyətə uğrayıb. Lakin siz bu barədə  saxta  xəbərlərdə oxuya bilməzsiniz. Heç kimə sirr deyil ki, Qərb mətbuatı reallığı təhrif edərək təqdim edir”.

Prezident Tramp həmçinin qeyd edib ki, Ukraynadakı hərbi münaqişənin həlli İranla bağlı gərginlikdən daha tez, yaxud onunla eyni vaxtda başa çata bilər. 

 

Daha ərtaflı videoda:

Musavat.com

Seçilən
54
musavat.com

1Mənbələr