Rusiya Ukrayna münaqişəsində Qazaxıstanın balanslı mövqeyinə görə minnətdardır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanaya səfəri zamanı bildirib.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.
"Ukrayna və ətrafındakı vəziyyəti müzakirə etdik. Qazaxıstanlı tərəfdaşlarımıza vəziyyəti başa düşdüklərinə və orada baş verənləri balanslı qiymətləndirdiklərinə görə minnətdarıq. Bilirik ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də daxil olmaqla, bu qiymətləndirmələr müxtəlif beynəlxalq tədbirlərdə müntəzəm olaraq təqdim olunur", - deyə diplomat bildirib.
Aytəkin TOFİQQIZI