AZ

“Ermənistanda seçki ərəfəsində Azərbaycanla sülh və nəqliyyat yolları gündəmdədir” POLİTOLOQ ŞƏRH ETDİ

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, baş nazir Nikol Paşinyana müxalif olanlar Azərbaycanla sülh quruculuğunun əleyhinə olduqlarını gizlətmirlər”.

Gununsesi.info bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib:

“Seçki kampaniyasını genişləndirməyə çalışan eks-prezident Robert Köçəryan son müsahibələrindən birində deyib ki, “Tramp yolu” Ermənistana gəlir gətirməyəcək. Radikallarla əlaqəli olan saytlar da oxşar yazılar yayımlayaraq bildirirlər ki, Yaxın Şərqdəki hadisələrin fonunda “Tramp yolu”nun reallaşması guya sual altnıdadır, guya Vaşinqtonun bu layihəyə marağı azalıb, guya Avropa İttifaqı bu yolun əleyhinədir, halbuki, həmin dəhlizlə daşınacaq yüklərin son ünvanı məhz Avropa olacaq.

Paşinyana məsləhət kimi olmasın, ancaq baş nazirin parlamentdəki çıxışlarının birində rəqiblərinə bu sualları ünvanlaması yerində olar:

1. “Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasının əleyhinəsizmi?”;

2. “Ermənistan Azərbaycandan yanacaq almamalıdırmı?”;

3.“Rusiya və Qazaxıstan taxılının Azərbaycan üzərindən daşınmasının əleyhinəsizmi?”;

4. “Ermənistanı Azərbaycanla birləşdirən nəqliyyat yollarından imtinamı etməliyik?” “

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
3
icma.az

6Mənbələr