AZ

Azərbaycana qarşı qərəzi tanınan Luis Okamponun qalmaqallı videosu üzə çıxdı-"Bunu erməni lobbisi ilə birlikdə edəcəyəm"

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, Azərbaycana qarşı qərəzi və az qala düşmənçiliyi ilə tanınan Luis Okamponun qalmaqallı videosu üzə çıxıb.

APA xəbər verir ki, “Minval Politika”nın əldə etdiyi sensasiyalı video görüntülərdə Luis Okampo və onun oğlu Tomas öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar.

Okampo videoda çəkinmədən bildirir: “Əgər belə işlərlə məşğul olan bir şirkətim varsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi müşavir olub…” Həmsöhbət dəqiqləşdirir: “Borrel?” Okampo isə heç bir tərəddüd etmədən cavab verir: “Bəli, elə həmin Borrel. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilərəm”.

Videoyazıları və onların mətnini təqdim edirik:

Seçilən
76
azpost.info

1Mənbələr