AZ

Ocampo işi: Avropa niyə öz ayağına güllə sıxır?

Avropa siyasətində baş verənlər artıq sadəcə lobbiçilik çərçivəsini aşaraq ciddi qalmaqal səviyyəsinə yüksəlməkdədir. Ortaya çıxan video materiallar göstərir ki, beynəlxalq hüquq sistemində tanınmış sima kimi təqdim olunan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Ocampo və onun oğlu Tomas əslində uzun müddətdir siyasi sifarişlərin icraçısına çevriliblər. Onların yayılmış videoda səsləndirdikləri fikirlər və qurduqları əlaqələr şəbəkəsi onu deməyə əsas verir ki, burada söhbət təkcə fərdi fəaliyyətdən yox, koordinasiyalı təsir mexanizmindən gedir.

Ən diqqətçəkən məqam isə Avropa Parlamentinin üzvü olmuş şəxslərin bu prosesdə hallanmasıdır. Videoda adı açıq şəkildə çəkilən Josep Borrell ilə bağlı səsləndirilən fikirlər Avropa Parlamenti daxilində qeyri-rəsmi təsir kanallarının mövcudluğunu göstərir. Bu kontekstdə Ursula von der Leyen kimi fiqurların üzərində təzyiq mexanizmlərinin mövcudluğu barədə deyilənlər isə artıq Avropa idarəçilik sisteminin nə dərəcədə təsirə açıq olduğunu ortaya qoyur.

Məsələnin daha təhlükəli tərəfi Ermənistanın daxili siyasi proseslərinə yönəlmiş müdaxilə planlarıdır. Videoda Nikol Paşinyan hakimiyyətinin dəyişdirilməsi ilə bağlı açıq müzakirələrin aparılması göstərir ki, bu şəbəkə yalnız informasiya təsiri ilə kifayətlənmir, eyni zamanda konkret siyasi nəticələr hədəfləyir. Bu isə artıq beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.

Prosesin maliyyə tərəfi də az diqqətçəkən deyil. Rusiyada fəaliyyət göstərən erməni mənşəli oliqarxların – o cümlədən Ruben Vardanyan və Samvel Karapetyan kimi fiqurların adı bu kampaniyada hallanır.

ata

Bütün bunların fonunda “insan hüquqları”, “demokratiya” kimi anlayışların alətə çevrildiyi açıq görünür. Bu mövzular üzərindən təzyiq mexanizmlərinin qurulması və konkret ölkələrə qarşı kampaniyaların aparılması artıq yeni taktika deyil, lakin bu qədər açıq formada ifşa olunması nadir hallardandır. Belə ki, Ocamponun məqsədi Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla müqavilənin ləğvinə məcbur etmək və ABŞ-dakı erməni lobbisi ilə əlaqəli şəkildə təzyiqi artırmaqdır. Görünür, əsas alət isə “insan hüquqları” mövzusunda spekulyasiyalardır.

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, xaricdə fəaliyyət göstərən erməni diaspor strukturları maliyyə baxımından güclüdür və aktiv fəaliyyət göstərirlər. Müxtəlif şəxslər və qruplar bu prosesdə iştirak edir və yaranan imkanlardan istifadə etməyə çalışırlar.

Tofiq


“Qloballaşma prosesində münaqişələrin rolu danılmazdır. Hətta bəzi nəzəriyyələrdə qeyd olunur ki, qloballaşmanın dərinləşməsi üçün münaqişələrin və qarşıdurmaların artması müəyyən şərait yaradır. Bu baxımdan, qarşıdurmaların mövcudluğu bəzi qruplar üçün yeni imkanlar açır. Onlar bu vəziyyətdən istifadə edərək əvvəlcə öz mövqelərini möhkəmləndirməyə, sonra isə geosiyasi proseslərə təsir imkanlarını artırmağa çalışırlar. Nəticədə, özlərini qərarverici qüvvə kimi təqdim etməyə cəhd edirlər.
Bu qüvvələrin əsas məqsədlərindən biri Azərbaycanın yaratdığı sülh gündəliyinin zəifləməsidir. Çünki sabitlik onların maraqlarına uyğun gəlmir, əksinə, gərginlik və münaqişə mühiti onlara daha geniş fəaliyyət sahəsi yaradır. Bəzi xarici dairələr bölgədə təsir imkanlarını artırmaq, prosesləri idarə etmək və öz siyasi yanaşmalarını tətbiq etmək niyyətindədir.

Buna baxmayaraq, beynəlxalq müstəvidə tez-tez reallıqların təhrif edildiyi müşahidə olunur. Azərbaycanın sabitliyi pozan tərəf kimi təqdim edilməsi cəhdləri olur, halbuki münaqişənin tarixi və faktlar fərqli mənzərə göstərir. Bu isə müəyyən maraqlı dairələrin sifarişi ilə informasiya mühitində çaşqınlıq yaratmaq və gərginliyi davam etdirmək məqsədi daşıyır.

Eyni zamanda müxtəlif informasiya kampaniyaları vasitəsilə guya humanitar və ya demokratik dəyərlər adı altında təbliğat aparılır. Bu kampaniyalar vasitəsilə ictimai rəy formalaşdırılmağa çalışılır və hadisələr təhrif olunmuş şəkildə təqdim edilir. Beləliklə, həm özlərinə fəaliyyət sahəsi yaradır, həm də reallıqları kölgədə qoymağa çalışırlar”.


Politoloq N. Paşinyanı devirmə planlarından da söz açıb: “Onun hakimiyyətdən uzaqlaşdırılması cəhdləri əsasən Paşinyanın siyasi kursu ilə bağlıdır. O, müəyyən mərhələdən sonra başa düşdü ki, Azərbaycanla hərbi qarşıdurma nəticə verməyəcək və daha çox itkilərə səbəb olacaq. Buna görə də, daha çox razılaşma və konsensus yolunu seçməyə başladı.
Lakin bu yanaşma münaqişənin davam etməsində maraqlı olan qüvvələrin planlarına uyğun gəlmir. Onlar üçün sülh prosesi arzuolunan deyil, çünki bu halda təsir imkanları azalır. Məhz buna görə də, həm region daxilində, həm də xaricdə müəyyən qruplar Paşinyanın mövqeyinə qarşı çıxır və onu zəiflətməyə çalışırlar”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, son dövrlərdə Avropa İttifaqına üzv olan bir sıra ölkələrin liderləri Azərbaycana səfər edib və yaxın günlərdə İtaliyanın baş naziri Giorgia Meloninin də Azərbaycana səfəri gözlənilir. Bu isə göstərir ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Elxan.jpg

“Bu səbəbdən Avropa Komissiyası Azərbaycanla bağlı kəskin və balanssız siyasət yürütməkdə maraqlı deyil. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyi məsələsi ön plana çıxıb və bu baxımdan Azərbaycanla əməkdaşlıq daha da əhəmiyyət qazanıb. Ona görə də hesab etmək olar ki, əvvəlki dövrlərdə erməni lobbisinin təsir imkanları daha güclü olsa da, hazırkı mərhələdə geosiyasi maraqlar daha üstün mövqedədir. Avropa üçün əsas prioritetlərdən biri enerji təminatı və regional sabitlikdir.

Paşinyan məsələsinə gəldikdə isə, əgər Avropada kimlərsə onun devrilməsi ideyasını dəstəkləyirsə və bu istiqamətdə erməni lobbisi ilə birlikdə hərəkət edirsə, bu, əslində ziddiyyətli addım olar. Çünki Nikol Paşinyan Avropa ilə inteqrasiyanı dəstəkləyən siyasətçidir və Ermənistanın Rusiyadan asılılığını azaltmağa çalışır.


Əgər Avropada belə bir yanaşma mövcud olsa, bu, dolayısı ilə Rusiyanın maraqlarına xidmət etmək kimi qiymətləndirilə bilər və həm Avropanın, həm də ayrı-ayrı ölkələrin maraqlarına zidd olar. Buna görə də real siyasətdə Avropa parlamentarilərinin bu cür riskli addımlara gedəcəyi inandırıcı görünmür.


Josep Borrell məsələsinə gəldikdə isə, onun artıq əvvəlki kimi icraedici səlahiyyətləri yoxdur. O, bir müddət Avropa İttifaqının xarici siyasət üzrə əsas fiqurlarından biri olsa da, hazırda bu sahədə birbaşa qərarverici rola malik deyil. Bu səbəbdən onun fərdi mövqeyi proseslərə həlledici təsir göstərə bilməz”.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr