Cəlil Məmmədquluzadə küçəsində tikintisi tamamlanmaq üzrə olan yeni stansiya tezliklə şəhərin xəritəsində öz yerini tutacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC şərti adı "B-04" olan stansiya ilə bağlı məlumat yayıb.
"Stansiyanın məkanı və ətrafında yerləşən mühüm obyektlərlə videotəqdimat vasitəsilə tanış ola bilərsiniz.
Bakı metropoliteni genişlənir − növbəti stansiyalarda görüşərik!", - deyə məlumatda qeyd olunub.