AZ

Mabel Matizin həbsi istənilib

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Mabel Matiz kimi tanınan türkiyəli müğənni Fatih Karacanın həbsi tələb olunur.

Axşam.az xəbər verir ki, bu, ifaçının "Perperişan" mahnısının sözləri ilə əlaqədardır. Mahnının sözlərində nalayiq ifadələr olması və yaş məhdudiyyəti olmadan paylaşıldığı üçün uşaqlara təhlükə yaratdığı iddia edilib. Bununla bağlı məhkəmədə prokurorun rəyi açıqlanıb. Sənəddə Mabelin 6 aydan 3 ilə qədər həbsi istənilib.

Məhkəmə aralıq qərarını elan edərək, iclası təxirə salıb və tərəflərə müdafiələrini hazırlamaq və təqdim olunan rəyə cavab olaraq açıqlamalar vermək üçün vaxt verib. Məhkəmənin qərarı növbəti iclasda elan ediləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
axsam.az

2Mənbələr