AZ

Paşinyan Şahin Mustafayevin Ermənistana səfərindən DANIŞDI

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesinin məntiqi və onun institusionallaşması baxımından "tarixi" hesab edir.

Musavat.com xəbər verir ki, bu barədə hökumətin iclasında çıxış edən baş nazir baş verənləri mühüm hadisə kimi qiymətləndirib.

Nikol Paşinyan bildirib ki, iki ölkənin rəsmilərinin bu səviyyədə təmasları sülhə doğru atılan ciddi addımdır:

“Hesab edirəm ki, baş nazir müavinlərinin qarşılıqlı səfərləri sülh yolunda və bu prosesin rəsmiləşməsində tarixi xarakter daşıyır. Bu mərhələyə gəlib çatdığımız üçün çox şadam”.

Xatırladaq ki, ötən gün Ermənistanda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə delimitasiya üzrə dövlət komissiyalarının 13-cü iclası keçirilib. Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin təşkili və texniki məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Bundan əlavə, Şahin Mustafayev və Mher Qriqoryan qarşılıqlı maraq doğuran digər mövzuları təkbətək müzakirə ediblər.

Görüş çərçivəsində həmçinin hər iki tərəfin işgüzar dairələrinin iştirakı ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafı, mal və xidmətlərin qarşılıqlı tədarükü, eləcə də tranzit daşımaları məsələləri ətrafında müzakirələr aparılıb.

Musavat.com

Seçilən
8
23
musavat.com

10Mənbələr