AZ

“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb

“Azmikroinvest” BOKT MMC 2025-ci ili 269 min manat xalis mənfəət ilə başa vururb. Halbuki, BOKT 2024-cü ili 220 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azmikroinvest” BOKT-ın xalis mənfəəti 2025-ci ildə 2024-cü illə müqayisədə 49 min manat və ya 22% artıb.

Marja.az xəbər verir ki, “Azmikroinvest” BOKT-ın faiz gəlirləri 2024-cü ildə 365 min manat ikən, 2025-ci ildə 505 min manata, haqq və komissiya gəlirləri isə 2024-cü ildəki 97 min manatdan 2025-ci ildə 105 min manata yüksəlib. 

Ötən il “Azmikroinvest” BOKT kredit portfeli (mştərilərə verilmiş kreditlər və avanslar) 331 min manat və ya 16% artaraq 31 dekabr 2025-ci il tarixində 2 milyon 397 min manat təşkil edib. BOKT 2024-cü ilin sonunda 2 milyon 66 min manat kredit portfelinə malik idi.

31 dekabr 2025-ci il tarixində 1 milyon 978 min 200 manat nizamnamə kapitalına malik olmuş “Azmikroinvest” BOKT MMC-nin 100% payçısı Quliyeva Aysel Qüdrət qızı olub. 

Seçilən
54
marja.az

1Mənbələr