AZ

Paşinyan Azərbaycan rəsmisinin İrəvan səfərini “tarixi hadisə” adlandırdı

Ermənistan mediasının məlumatına görə, Baş nazir Nikol Paşinyan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrəvana səfərini sülh prosesi baxımından mühüm hadisə kimi qiymətləndirib.

Redaktor.az xəbər verir ki, Paşinyan bu barədə açıqlamasında bildirib.

Məlumata görə, o qeyd edib ki, iki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərləri sülh prosesinin məntiqi davamı və institutlaşması baxımından “tarixi addım” hesab olunur.

Paşinyan əlavə edib: “Sevinirəm ki, bu mərhələyə gəlib çatdıq”.

Bildirilib ki, aprelin 29-da Ermənistanın Ağverən bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 13-cü iclası keçirilib. Görüşə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan sədrlik ediblər.

Qeyd olunub ki, iclas çərçivəsində sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri müzakirə edilib.

 

Seçilən
79
redaktor.az

1Mənbələr