AZ

Macarıstanda həkim küçədə ƏMƏLİYYAT ETDİ

Ajnas.az xəbər verir ki, hadisə Budapeştdə baş verib. Məlumata görə, yaralı şəxsin ürəyinə bıçaq xəsarəti yetirilib. Tibb işçiləri xəstənin xəstəxanaya aparılmasının riskli olduğunu və onun cəmi bir neçə dəqiqə yaşaya biləcəyini müəyyən ediblər. Buna görə də həkim Zsolt Dubotski yerindəcə əməliyyat aparmaq qərarına gəlib. O, təxminən 7 dəqiqə ərzində xəstənin sinə boşluğunu açaraq ürək yarasını tikib.

Əməliyyatdan sonra xəstə helikopterlə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabilləşdiyi bildirilir. Xəstə və ailəsi həkimlərə minnətdarlıq edib.

Seçilən
55
Ajans.az

1Mənbələr