AZ

Bu gün “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin fəaliyyətindən 5 il keçir

Bu təşkilatın yaradılmasında ilk gündən məqsədimiz yalnız bir olub – şəhid ailələrinin yanında olmaq.

QHT.az bildirir ki, Müharibə başlayandan sonra şəhid xəbərləri gəldiyi ilk günlərdən etibarən şəhid qapılarında oldum. O evlərin qapısını döyəndə qarşılaşdığım sükut, anaların gözündəki ağrı, ataların susaraq yaşadığı kədər mənim üçün unudulmaz oldu. O hissləri anlamaq, o dərdi bölüşmək üçün onların yanında olmağa çalışdım.

Zaman keçdi… və mən özüm də şəhid anası oldum. O gündən sonra bu ailələrə daha da yaxın oldum. Artıq onların ağrısını yalnız görən yox, yaşayan biriyəm. Bu yol mənim üçün daha da müqəddəs, daha da məsuliyyətli oldu.

Bu 5 il ərzində Azərbaycanın Respublikası Qeyri-hökumət təşkilatları  ağentliyinin dəstəyi ilə cox lahiyələr heyata kecirdik. Cox rayonlarında oldum, şəhid ailələrini ziyarət etdim. Hər zaman çalışdım ki, ilk növbədə onlara mənəvi dayaq olum, sonra isə imkanlarım daxilində kömək göstərim. Çünki bilirəm ki, bəzən bir söz, bir toxunuş belə insanın qəlbinə təsəlli olur.

Bəli, bu yol çox çətin yoldur. Amma bu yolu ilk növbədə Allahın köməyi ilə, sonra isə şəhidlərimizin ruhuna layiq şəkildə davam etdirmək istəyirəm. və bu fəaliyyətimizi davam etdirmək əzmindəyik.

Bu yol mənim üçün sadəcə bir fəaliyyət deyil… bu, həm dərd, həm qürur, həm də ömürlük bir missiyadır.

Seçilən
17
qht.az

1Mənbələr