AZ

Pakistan İrana tranzit üçün 6 quru marşrut açdı

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Pakistan İrana yönələn yük daşımaları üçün yeni tranzit marşrutlar açıb.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistanın Ticarət Nazirliyi bildirilib.

Məlumata görə, ABŞ-nin tətbiq etdiyi blokada səbəbindən minlərlə konteynerin Karaçi limanında qalması logistika problemləri yaradıb. Bu vəziyyət fonunda Pakistan İrana gedən mallar üçün altı quru yol tranzit marşrutu istifadəyə verib.

Qeyd olunub ki, nazirlik aprelin 25-də verdiyi əmrlə üçüncü ölkələrdən gətirilən yüklərin Pakistan ərazisindən keçərək avtomobil yolu ilə İrana çatdırılmasına icazə verib.

Bildirilib ki, bu addım regional ticarət axınlarının bərpası və limanlardakı sıxlığın azaldılması məqsədi daşıyır.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
redaktor.az

2Mənbələr