AZ

Azərbaycanın şəhərsalma modeli qlobal trendlərlə üst-üstə düşür

Dünya dəyişir, şəhərlər böyüyür, amma əsas məsələ - insanın necə və hansı şəraitdə yaşaması eyni qalır. Bu reallıq fonunda bu ilin may ayında Bakıda keçiriləcək World Urban Forum 13 qlobal şəhərsalmada yeni mərhələnin başlanğıcı kimi diqqət mərkəzinə çıxır. Burada müzakirə olunan yanaşmalar və qəbul edilən istiqamətlər təkcə nəzəri çərçivə yaratmır, milyonlarla insanın gündəlik həyatına birbaşa təsir edən qərarların əsasını formalaşdırır.

Bu gün şəhərsalma anlayışı köklü şəkildə dəyişir. Artıq məsələ yalnız tikinti tempində və ya infrastrukturun genişliyində ölçülmür. Əsas meyar insanın sağlamlığı, rahatlığı və sosial rifahıdır. Sağlam ev anlayışı da məhz bu baxımdan yeni məna qazanır. Ev insan üçün yaşayış sahəsi olmaqla yanaşı, onun fiziki və psixoloji vəziyyətini müəyyən edən əsas mühit kimi qəbul olunur. Gün işığı, təmiz hava, təhlükəsiz məkan və sosial mühit bu anlayışın ayrılmaz hissəsinə çevrilib.

Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti bu qlobal çağırışlara uyğun şəkildə inkişaf edir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən son illərdə icra olunan layihələr şəhər məkanının keyfiyyət mərhələsinə keçdiyini açıq şəkildə göstərir. Xüsusi vurğulanmalıdır ki, son illər Komitə tərəfindən həyata keçirilən islahatlar şəhərsalma sahəsində yeni institusional mərhələ formalaşdırıb. Ərazi planlaşdırılması üzrə vahid yanaşmanın tətbiqi, baş planların hazırlanması və təsdiqi prosesinin sistemləşdirilməsi, tikinti sahəsində şəffaflığın artırılması, eləcə də yeni normativ-hüquqi bazanın formalaşdırılması bu sahədə keyfiyyətli dönüş yaradıb. Qəbul edilən yeni qaydalar və qanunvericilik təşəbbüsləri şəhərsalmanı daha çevik, nəzarətli və müasir tələblərə uyğun şəkildə inkişaf etdirir, eyni zamanda investorlar üçün daha aydın və etibarlı mühit yaradır.

Bu islahatlar nəticəsində şəhərsalma prosesi təkcə tikinti fəaliyyəti kimi yox, kompleks inkişaf strategiyasının əsas sütunlarından biri kimi möhkəmlənib. Yeni yaşayış komplekslərinin planlaşdırılmasında sağlam mühitin formalaşdırılması, yaşıllıq zonalarının genişləndirilməsi, sosial infrastrukturun əlçatanlığı və şəhər balansının qorunması əsas prioritet kimi çıxış edir. Bu yanaşma artıq paytaxt Bakı ilə yanaşı, regionlarda da sistemli şəkildə tətbiq olunur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri müasir şəhərsalmanın ən qabaqcıl nümunələrindən biri kimi çıxış edir. Ağalı kəndi, Füzuli və Zəngilan şəhərləri bu gün artıq yeni yanaşmanın real təcəssümüdür. Bu ərazilərdə qurulan yaşayış məntəqələri, ağıllı idarəetmə sistemləri, alternativ və bərpa olunan enerji mənbələri, ekoloji tarazlığın qorunması, geniş yaşıl zonalar və açıq ictimai məkanlar kimi prinsiplər əsasında formalaşdırılır. Burada şəhər yalnız tikililər toplusu kimi formalaşmır, eyni zamanda həyat keyfiyyətini təmin edən kompleks mühit kimi inkişaf edir.

Aprelin 29-da Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənan Anar Quliyev tərəfindən səsləndirilən fikirlər bu sahədə aparılan siyasətin davamlı və strateji xarakter daşıdığını bir daha göstərdi. Çıxışda şəhərsalma prosesində özəl sektorun rolunun artırılması, investisiya mühitinin genişləndirilməsi, yeni yaşayış zonalarında biznes imkanlarının yaradılması, uzunmüddətli planlaşdırma və inteqrasiya olunmuş yanaşma ön plana çəkildi. Bu yanaşma şəhərlərin inkişafını daha çevik, iqtisadi baxımdan dayanıqlı və sosial baxımdan balanslı edir.

Seçilən
21
publika.az

1Mənbələr