AZ

Xidmət rəsmisi: Bədbəxt hadisələr daha çox tikinti və emal sahələrində baş verir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisə barədə ağırlıq dərəcəsindən asılı olmayaraq həmin gün dərhal Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidir. Bundan sonra xidmət bədbəxt hadisənin araşdırılması məqsədilə komissiya yaradır və hadisənin təhqiqatı aparılır. Ötən il xidmət tərəfindən istehsalatla əlaqəli sayılmış 610 bədbəxt hadisənin təhqiqatı aparılıb. 36-sı qrup halında olan bu hadisələr nəticəsində 75 nəfər vəfat edib, 605-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Günel Baxşiyeva deyib.

O bildirib ki, baş verən bədbəxt hadisələrin əsas səbəbləri sürüşmə-büdrəmə, zərbə nəticəsində və yol-nəqliyyat hadisələri nəticəsində xəsarət almadır: “Bu hadisələr daha çox tikinti və emal sahələrində baş verir. Biz bütün işəgötürənlərə və işçilərə əməyin mühafizəsi sahəsində hüquqlara və vəzifələrə əməl olunmasını tövsiyə edirik. Eyni zamanda, qanunvericiliyinə görə, istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından bütün işçilər sığortalanmalıdır. İşəgötürənlər bu sığortanı təmin etməlidirlər. Hər hansı bədbəxt hadisə baş verirsə, onun istehsalatla bağlılığı müəyyən olunur. İz aktı təqdim edilirsə, bu zaman sığorta şirkətinə müraciət olunmalı, sığorta haqqı ilə təmin edilməlidir. Əgər işçi sığorta ilə təmin olunmayıbsa, bununla bağlı işəgötürənlər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir. Belə olduğu halda, işçinin həmin məbləğdə ödənc almaq hüququ yaranır”.

Müxbir - Günel Türksoy

Fotoqraf - Səfiyar Məcnun

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
azertag.az

2Mənbələr