AZ

Litva ABŞ dən “HIMARS” raket sisteminin ikinci batareyasını alacaq

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 aprel, AZƏRTAC

Litva “HIMARS” raket sisteminin ikinci batareyasını almaq üçün ABŞ-nin “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin açıqlamasında deyilir. “Biz 280 milyon avroya ikinci “HIMARS” batareyası alırıq. Əvvəllər alinmış ilk batareyanın bu il çatdırılması planlaşdırılır. Bununla biz ölkəmizin müdafiəsinin gələcəyinə, NATO-nun şərq cinahındakı müttəfiqlərimizlə birlikdə müdafiə qabiliyyətimizin gücləndirilməsinə sərmayə qoyuruq”, - deyə müdafiə naziri Robertas Kaunas bildirib.

Paketə buraxılış platformaları, müxtəlif tipli və funksiyalı raketlər, idarəetmə və rabitə avadanlığı, həmçinin döyüş heyətinin təlimi daxildir.

2022-ci ildə Vilnüs “HIMARS” çoxnövlü raket sistemlərinin istehsalçısı olan “Lockheed Martin” ilə 495 milyon dollarlıq ilk müqavilə imzalayıb. İkinci müqavilə də eyni təchizatçı ilə imzalanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
1
azertag.az

2Mənbələr