Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 30 aprel, AZƏRTAC
Çexiya Baş naziri Andrey Babişin Azərbaycana səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm addım oldu və ölkələr arasında əməkdaşlığın inkişafına yeni təkan verdi.
Çexiyalı iqtisadçı Yan Nemeçek bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında bildirib. O qeyd edib ki, səfər Azərbaycanın Cənubi Qafqaz regionunda etibarlı və sabit tərəfdaş kimi beynəlxalq imicini artırır.
Ekspertin sözlərinə görə, görüş əməkdaşlığın ənənəvi sahələrdən kənara çıxması üçün şərait yaradır və qarşılıqlı maraq doğuran yeni istiqamətləri müəyyən edir.
Nemeçek vurğulayıb ki, Çexiya Baş nazirinin səfəri ölkələr arasında iqtisadi münasibətlərin, xüsusən də enerji, infrastruktur və sənaye əməkdaşlığı kimi sahələrdə əlaqələrin gücləndirilməsi baxımından xüsusilə vacibdir. O hesab edir ki, Bakı ilə Praqa arasında siyasi dialoq tədricən daha praktik və çoxvektorlu səviyyəyə keçir.
Müəllif - Tamilla Məmmədova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.