AZ

Məşhur cütlük barışıb?

Son günlər ayrılıq xəbərləri ilə gündəmi zəbt edən Səlahəddin Paşalı və Lara Paşalı cütlüyü barışıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Lara Paşalı nikah üzüyünü yenidən barmağına taxıb.

Cütlüyün evlilik ildönümlərini qeyd etməməsi, həmçinin, Lara Paşalının nikah üzüyünü çıxarıb sosial media hesabından toy şəkillərini silməsi xəyanət və ayrılıq kimi iddialara səbəb olub.

İddialar artdıqdan sonra cütlük aprelin 22-də susqunluqlarını pozaraq evliliklərinin çətin bir dönəmdən keçdiyini təsdiqləyən birgə açıqlama yayıb.

"Hazırda bəzi məsələləri daxildə həll etmək və münasibətimizi daha sağlam bir nöqtəyə aparmaq prosesindən keçirik. Bu dövrdə susmağı seçdik, çünki şəxsi proseslərimizi sakit və gizli şəkildə idarə etmək istəyirdik. Lakin susmağımızı fərqli şərh etmək həqiqəti əks etdirməyən xəbərlərin artmasına səbəb oldu. Məsələ ilə bağlı ictimaiyyətdə əks olunan detallar həqiqəti əks etdirmir”, - deyə açıqlamada qeyd olunub.

Seçilən
40
publika.az

1Mənbələr