AZ

Şəhram İranidən SƏRT XƏBƏRDARLIQ: Bir az da irəli gəlsələr...

İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şəhram İrani rəsmi Tehranın Hörmüz boğazını Ərəb dənizi istiqamətindən bağladığını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

İran mediasının yaydığı məlumata görə, hərbi komandan bildirib ki, tətbiq edilən blokada çərçivəsində qarşı tərəfin daha yaxın məsafəyə irəliləməsi halında operativ hərbi tədbirlər görüləcək.

Admiral açıqlamasında İranın həyata keçirdiyi cavab tədbirlərini xüsusi vurğulayaraq qeyd edib ki, bu qərarın tərkib hissəsi kimi strateji əhəmiyyətə malik Hörmüz boğazı “düşmən və onun müttəfiqlərinin dəniz nəqliyyatı üçün qapadılıb”.

O, bildirib ki, ABŞ tərəfindən İran limanlarına və gəmilərinə qarşı tətbiq olunan “qanunsuz məhdudiyyətlərə” cavab olaraq Tehran bu dəniz dəhlizində nəzarəti artırıb. 

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr