AZ

“Ölü elan edilən şəxs geri qayıtdı” hüquqi nəticələr nə olur?

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən nadir hallarda da olsa, məhkəmə tərəfindən ölmüş elan edilən şəxsin sonradan sağ olduğu üzə çıxır.

Belə hallarda həm hüquqi, həm də əmlak məsələləri yenidən gündəmə gəlir.

Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, əgər ölmüş elan edilmiş şəxs geri qayıdırsa və ya onun harada olduğu müəyyən edilərsə, məhkəmə bu barədə çıxardığı qərarı ləğv edir. Bu, qanunvericilikdə açıq şəkildə təsbit olunub.

O, həmçinin deyib:

“Maraqlı məqamlardan biri isə həmin şəxsin əmlak hüquqları ilə bağlıdır. Belə ki, şəxs ölmüş elan edildikdən sonra onun əmlakı əvəzsiz olaraq başqa şəxslərə verilmişdirsə, o, geri qayıtdıqdan sonra bu əmlakın qalan hissəsinin qaytarılmasını istənilən vaxt tələb edə bilər. Yəni bu tələb üçün hər hansı müddət məhdudiyyəti qoyulmur. Lakin əmlakın taleyi onun necə əldə edilməsindən də asılıdır. Əgər əmlakı başqa şəxs ödəniş müqabilində əldə edibsə, həmin şəxs yalnız o halda əmlakı geri qaytarmağa borcludur ki, əmlakı alarkən onun əvvəlki sahibinin sağ olduğunu bildiyi sübuta yetirilsin. Digər bir mühüm məsələ isə dövlətlə bağlıdır. Əgər ölmüş elan edilən şəxsin əmlakı dövlətə keçmiş və sonradan satılmışdırsa, həmin şəxs geri qayıtdıqdan sonra əmlakın özünü deyil, onun satışından əldə olunan pul vəsaitini geri almaq hüququna malik olur. Bu kimi hallar nadir baş versə də, qanun belə situasiyalarda şəxsin hüquqlarının maksimum dərəcədə qorunmasını təmin edi”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
icma.az

1Mənbələr