AZ

Korridada faciə

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniyada festival zamanı öküz toreadorun həyatına son qoyub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə San-Markos korridası zamanı baş verib.

Öküz 33 yaşlı toreador Santyaqo Barrero San-Romanı arenanın küncünə sıxışdırıb. Daha sonra buynuzu ilə ona bir neçə dəfə zərbə vurub.

Qasığından, qarnından və döş qəfəsindən ağır yaralanan Santyaqo xəstəxanaya çatdırılsa da, orada keçinib.

Qeyd edək ki, mərhum İspaniyada iri buynuzlu heyvan ferması olan məşhur iş adamı Antonio San-Romanın nəvəsidir.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
525.az

1Mənbələr