AZ

Partlayışda yaralanan həkim kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Milli Onkologiya Mərkəzinin Şüa-diaqnostika şöbəsində partlayış baş verib.

 

Şöbənin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı xəstə Mübariz Əliyev hadisə yerində həyatını itirib, həkim-radioloq Asif Nəsirli isə ağır bədən xəsarətləri alıb.

 

Yyaralanan Asif Nəsirli 1982-ci ildə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub.

 

O, 1999–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

 

2005–2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006–2008-ci illərdə isə kliniki ordinatura keçib.

 

Asif Nəsirli 2008-ci ildən etibarən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu kimi fəaliyyət göstərir.

 

O, 2008–2012-ci illərdə Türkiyə və Rusiyada ixtisasartırma kurslarında iştirak edib.

 

Həkimin əsas fəaliyyət istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən solid şişlərin və onkohematoloji xəstəliklərin şüa terapiyasıdır.

 

Asif Nəsirlinin 9 elmi nəşri çap olunub./PostMedia

Tarix: 30 Aprel 2026, 16:48   
Seçilən
36
5
pravda.az

4Mənbələr