AZ

Ermənistanda 8 partiyaya sənədlərin düzəldilməsi TƏLƏB OLUNDU

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan aprelin 30-da keçirilən növbədənkənar iclasda məlumat verib. Düzəliş etməli olan partiyalar arasında Milli Demokrat Qütbü, Erməni Milli Konqresi, Respublika, Alyans, Demokratiya, Hüquq və İntizam, “Koçari – Millətin Milli Dirçəlişi və Oyanışı”, “Respublika Naminə” və “Yeni Qüvvə” yer alır.

Bildirilib ki, sənədlərdəki uyğunsuzluqların aradan qaldırılması üçün nəzərdə tutulan bu müddət Seçki Məcəlləsinə uyğun olaraq müəyyən edilib. Siyasi partiya və blokların seçkilərdə iştirak üçün qeydiyyat müddəti isə qarşıdakı bazar günü başa çatır.

Seçilən
66
Ajans.az

1Mənbələr