Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyə Super Liqasında çempionluğa doğru irəliləyən "Qalatasaray" paralel olaraq növbəti mövsümün planlaşdırılmasına başlayıb. Klub rəhbərliyi heyətdə ciddi dəyişikliklər etməyi nəzərdə tutur.Demokrat.az xəbər verir ki, komanda həm yeni müqavilələr, həm də Avropa klublarının maraq göstərdiyi futbolçularla bağlı çətin qərarlar verməyə hazırlaşır. Məqsəd, xüsusilə Çempionlar Liqasını nəzərə alaraq heyətin dərinliyini artırmaqdır. Bu çərçivədə gözləntiləri doğrultmayan oyunçuların satılması və onların yerinə daha güclü transferlərin edilməsi planlaşdırılır.Əsas namizədlərdən biri Vilfrid Sinqodur. 30 milyon avro qarşılığında transfer olunan 24 yaşlı futbolçu ümidləri doğrultmayıb. Klub ona gələn təklifləri dəyərləndirməyə hazırlaşır və zərər etmədən yolları ayırmaq istəyir.Eyni zamanda, İngiltərə klublarının maraq göstərdiyi Qabriel Sara da yaxşı təklif olacağı halda satıla bilər. Rəhbərlik bu transferdən əldə olunacaq gəliri yeni gücləndirmələrə yönəltməyi planlaşdırır.“Bavariya”dan icarəyə götürülən Saşa Boey baş məşqçi Okan Burukun etimadını qazana bilməyib və onun transfer hüquqlarının alınması üçün addım atılmayacaq.Digər icarə oyunçuları – Yaser Asprilla və Noa Lanq ilə də yolların ayrılması gözlənilir. Xüsusilə Noa Lanq üçün nəzərdə tutulan 30 milyon avroluq satınalma opsiyası istifadə edilməyəcək.Yarımmüdafiədə müqaviləsi başa çatan Mario Lemina üçün də daha yaxşı alternativlər axtarılır və onun yayda komandadan ayrılması mümkündür.Komandanın əsas ulduzları – Viktor Osimhen, Leroy Sane, Davinson Sançes və Lukas Torreyranın satışı hazırda gündəmdə deyil. Lakin müqaviləsinin son ilini yaşayan Mauro İkardi ilə bağlı vəziyyət fərqlidir. Klub rəhbərliyi argentinalı hücumçu ilə müqaviləni uzatmaq əvəzinə, onunla yolları ayırmağı daha real variant kimi qiymətləndirir. Planlara əsasən, hücum xəttinə bir xarici ulduz və bir yerli forvet transferi nəzərdə tutulur.Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.