AZ

Ermənistanda seçkiqabağı rüşvət verilməsi ilə bağlı daha üç nəfər saxlanıldı

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanda rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının adından seçkiqabağı rüşvətin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində aprelin 29-da saxlanılan beş nəfərdən üçü barəsində həbs qətimkan tədbiri seçilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistanın Antikorrupsiya Komitəsi aprelin 29-da "Güclü Ermənistan" partiyasının adından fəaliyyət göstərən beş nəfəri gizli şəkildə rüşvət verməkdə şübhəli bilərək saxlayıb.

Aprelin 16-da isə Ermənistanda seçki öncəsi rüşvətin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində "Güclü Ermənistan"ın 14 üzvü saxlanılıb. Daha sonra "Güclü Ermənistan" partiyasının 12 tərəfdarı ev dustaqlığına buraxılıb./Report

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
4
yenisabah.az

5Mənbələr