Emin Əliyev adına 297 sayılı tam orta məktəbdə "Mən bir susmaz duyğuyam…” adlı, Cəfər Cabbarlı yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbir 7B sinif şagirdləri və sinif rəhbəri Arzu Hətəmovanın təşkilatçılığı ilə yüksək səviyyədə həyata keçirilib.
Tədbirin maraqlı və yaddaqalan hissələrindən biri də Cəfər Cabbarlının həyat yolunu əks etdirən səhnəcik oldu. Bu səhnələrdə onun seminariya illəri canlandırıldı.Səhnənin başqa bir təsirli məqamında isə “dağlı çörəyi” motivi yer aldı.
Tədbir boyu səhnə bir sənət məbədinə çevrildi—burada şairin Vətənə olan sonsuz sevgisi, milli ruhu və azadlıq ideyaları canlandırıldı." Azərbaycan bayrağına ", “Ölkəm" Ana” şeirinə həsr olunmuş səhnəciklər tamaşaçılarda qürur və duyğu seli oyatdı. Xüsusilə, “Sevil” əsərinin səhnələşdirilməsi tədbirin ən təsirli məqamlarından biri oldu; obrazlar canlı ifa ilə yenidən doğuldu, qəhrəmanlar sanki səhnədən həyatın özünə addım atdı.
Xədicə BAXIŞLI


