ABŞ Dövlət Departamenti ABŞ-nin 250 illiyini qeyd etmək üçün prezident Donald Trampın təsvir olunduğu məhdud sayda pasport buraxacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, pasportun üz qabığının daxili hissəsində Trampın təsviri, ABŞ-nin itiqlal bəyannaməsinin mətni və Amerika bayrağı ilə əhatə olunmuş, aşağıda prezidentin imzası olacaq. Digər səhifədə isə bəyannaməni imzalayan “Qurucu atalar” təsvir olunacaq.
"İyul ayında ABŞ 250 illiyini qeyd edərkən, Dövlət Departamenti bu tarixi hadisəni qeyd etmək üçün məhdud sayda xüsusi hazırlanmış ABŞ pasportları verməyə hazırlaşır", - Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.
O, bu pasportlarda "Amerika pasportunu dünyanın ən təhlükəsiz sənədi edən eyni təhlükəsizlik xüsusiyyətləri"nin olacağını söyləyib.
Sənədin dizaynı da dəyişdiriləcək: üz qabığında "Amerika Birləşmiş Ştatları" yazısı böyüdüləcək və arxa tərəfində "250" rəqəmi olan bayraq görünəcək.
Dövlət Departamenti yeni pasportların pasport üçün müraciət edən "istənilən Amerika vətəndaşı" üçün əlçatan olacağını dəqiqləşdirdi. Onlar yalnız Vaşinqtondakı pasport agentliyi tərəfindən veriləcək.
“Röyters” agentliyinin məlumatına görə, 2025-ci ilin əvvəlində Ağ Evə qayıtdıqdan sonra Tramp administrasiyası bir sıra Vaşinqton binalarına, yeni bir dəniz gəmisi sinfinə, varlı əcnəbilər üçün viza proqramına, hökumət tərəfindən idarə olunan reseptli dərman veb saytına və uşaqlar üçün federal əmanət hesablarına onun adını verib.
Musavat.com