AZ

Azərbaycan Qazaxıstan üçün gəmi inşa edəcək

Azərbaycanın gəmiqayırma zavodu Qazaxıstan üçün gəmilər inşa edəcək.

Musavat.com xəbər verir ki, Qazaxıstan Transxəzər marşrutunda mövqeyini gücləndirmək üçün yeni addım atır. "KTZ Express Shipping" şirkəti altı universal quru yük və konteyner gəmisinin tikintisi ilə bağlı müqavilələr imzalayıb.

Gəmilərdən dördü Çində, ikisi isə Bakı Gəmiqayırma Zavodunda inşa olunacaq.

Layihənin əsas məqsədi Qazaxıstanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımalar imkanlarını artırmaqdır. Yeni gəmilər Xəzər üzərindən yükdaşımaların genişlənməsinə və regionda logistika əlaqələrinin güclənməsinə xidmət edəcək.

 

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr