AZ

Messi üç ay sonra bunu bacardı

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Lionel Messinin formasını geyindiyi Argentina yığması DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Boliviyanı darmadağın edib – 6:0.

Futbolpress.az xəbər verir ki, Messi bu görüşdə 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Hücumçu yığmada üç ay sonra qol sevinci yaşayıb. Lionel sonuncu dəfə Amerika Kubokunda Kanadanı məğlub etdikləri oyunda (2:0) fərqlənib.

Argentina millisi DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 10 turdan sonra 22 xalla birinci sıradadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
futbolpress.az

1Mənbələr