AZ

“Tehran Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır” − Pezeşkian


“ABŞ təxribatlardan imtina edərsə, Tehran Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə söhbəti zamanı bildirib.
“Prezident hökumətin, xalqın və güclü İran Silahlı Qüvvələrinin İslam Respublikasının qanuni və ayrılmaz hüquqlarını müdafiə etmək əzmində olduğunu ifadə etdi və İranın hüquqlarına hörmət edilməsini və regionda sülh və əmin-amanlığın bərqərar olmasını təmin edən ədalətli bir razılaşmaya nail olmaq üçün diplomatik prosesi davam etdirməyə hazır olduqlarını vurğuladı. O, qeyd etdi ki, buna yalnız ABŞ həddindən artıq iddialarını və təxribatçı hərəkətlərini dayandırdığı təqdirdə nail olmaq olar”, - prezidentin mətbuat xidməti bildirib.
Seçilən
67
2
yeniavaz.com

3Mənbələr