AZ

AL: "Braqa" və "Nottingem Forest"dən qələbə

 

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsi start götürüb. 

Fanat.Az xəbər verir ki, yarımfinalın ilk oyunları eyni gündə və eyni saatda keçirilib.

"Braqa" Portuqaliyada Almaniyanın "Frayburq" komandasını məğlub edib.

Digər cütdə isə iki ingilis komandası üz-üzə gəlib. "Siti Qraund" stadionunda "Nottinqem Forest" "Aston Villa"nı üstələməyi bacarıb.

Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-də keçiriləcək.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
30 aprel

"Nottinqem Forest" (İngiltərə) – "Aston Villa" (İngiltərə) 1:0

"Braqa" (Portuqaliya) – "Frayburq" (Almaniya) 2:1

Seçilən
25
2
fanat.az

3Mənbələr