AZ

Bu, şəxsən Putinə zərər vurur Ekspert

ain.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna hərbçilərinin Rusiya ərazisindəki obyektlərə endirdiyi zərbələr Rusiya hava hücumundan müdafiə sistemlərinin acizliyini nümayiş etdirir və yalnız ölkə iqtisadiyyatına deyil, həm də şəxsən Vladimir Putin üçün zərər vurur.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Mixail Pritula çıxış edib.

O qeyd edib ki, aqressor ölkənin əsas iqtisadi və enerji obyektləri hələ də qorunmadığı halda, Rusiya hava hücumundan müdafiə sistemi Valday bölgəsində cəmləşib. Məlum olduğu kimi, burada Putinin iqamətgahı yerləşir.

“Bu, hətta Rusiya güc strukturları daxilində hakimiyyətin nüfuzuna və legitimliyinə zərbə vurur”, – deyə o bildirib.

Bundan əlavə, ekspertin sözlərinə görə, rusların bu məsələdə məntiqi olduqca sadədir:

“Putinin hava hücumundan müdafiə sistemi Ukrayna dronlarını vura bilmədi – deməli, Putin zəifdir. Rusların düşüncə tərzi belədir. Buna görə də bu zərbələr ilk növbədə Putin hakimiyyətinin nüfuzuna ciddi təsir göstərir. İkincisi, bu, iqtisadiyyata zərbədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
axar.az

1Mənbələr