AZ

Astana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir - Yekun hesabat təqdim olunacaq

Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü ildə Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı davam etdirir.

Redaktor.az-ın məlumatına görə, bu barədə TASS agentliyinə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qurum müvafiq qaydalara riayət edərək, araşdırmanın yekunlarına əsaslanan tövsiyə və nəticələrin yer aldığı hesabatı ictimaiyyətə təqdim edəcək.

Rusiya və Azərbaycan xarici siyasət idarələrinin açıqlamasından sonra istintaqın davam etdirilib-etdirilməyəcəyi ilə bağlı sualı cavablandıran nazirlikdən qeyd edilib:

"Hazırda "Azərbaycan Hava Yolları" aviaşirkətinə aid "Embraer 190 4K-AZ65" hava gəmisinin iştirakı ilə baş vermiş aviasiya hadisəsini araşdıran komissiya öz işini Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 13-cü əlavəsində təsbit olunan standartlar və tövsiyə edilən təcrübələrə uyğun olaraq davam etdirir. Araşdırma prosesi başa çatdıqdan sonra Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin rəsmi internet səhifəsində yekun hesabat dərc olunacaq. Həmin sənəddə aviasiya hadisəsinin müəyyən edilən səbəbləri, eləcə də komissiyanın gəldiyi qənaətlər və tövsiyələr öz əksini tapacaq", -deyə qeyd olunub.

 

Seçilən
26
2
redaktor.az

3Mənbələr