AZ

Pezeşkian Əraqçiyə qəzəbləndi - “Belə getsə, onu işdən çıxaracağam”

BAKI, 1 may. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian xarici işlər naziri Abbas Əraqçini vəzifəsindən azad edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı İran mənbələrinə istinadla məlumat yayıb.

“Pezeşkian yaxınlarına deyib ki, Əraqçi onu ABŞ ilə danışıqlar prosesi barədə lazımi şəkildə məlumatlandırmır və SEPAH komandanı Əhməd Vahidi ilə birgə hərəkət edir”, - kanal bildirib.

Mənbə İran Prezidentindən sitat gətirib: “Əgər bu belə davam edərsə, onu işdən çıxaracağam”.

Seçilən
28
teleqraf.com

1Mənbələr