AZ

Yeni verilmiş kreditlər və depozitlərin orta faizi rüblük artıb

Azərbaycan banklarında 2026-cı ilin birinci rübündə manatla cəlb edilmiş yeni depozitlərin orta faizi yanvar ayında 6.77% olduğu halda, martda 8.17%-ə yüksəlib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının statistik bülletninə istinadən xəbər verir.

Xarici valyutada depozitlər üzrə isə ötən ilin sonu 2.86%, fevralda 2.87% və martda 2.97% səviyyəsində qeydə alınıb.

Yeni verilmiş kredit bazarında isə fərqli mənzərə formalaşıb. Manatla kreditlərin orta faizi yanvarda 18.68% təşkil edib, fevralda 18.87%-ə yüksəlib, martda isə 18.79%-ə qədər yüksəlib.

Xarici valyutada kredit faizləri isə yanvarda 6.39%, fevralda 6.16% və martda 6.57% olub.

Seçilən
53
50
banker.az

10Mənbələr