AZ

Əhməd İsmayılov: “Ağıllı şəhər” layihələri Qarabağın simasını dəyişir

BAKI, 1 may. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağın və Şərqi Zəngəzurun simasını köklü şəkildə dəyişir.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forum çərçivəsində təşkil edilən “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” adlı panel sessiyada deyib.

O bildirib ki, bu gün Qarabağın dirçəlişi təkcə bir regionun bərpası deyil, həm də Azərbaycanın intellektual və iqtisadi gücünün, müasir şəhərsalma proseslərinə verdiyi töhfənin əyani sübutudur.

"Bu gün Ulu Öndərin müəllifi olduğu müasir şəhərsalma strategiyası Prezident cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni, daha möhtəşəm bir mərhələyə çatdırılıb. Şuşada, Ağdamda, Füzulidə ucalan hər bir yeni bina həm tarixi irsimizə sadiqliyi, həm də gələcəyə baxışımızı simvolizə edir. Heydər Əliyev Fondunun təşəbbüsləri sayəsində İçərişəhər və Qız qalası kimi nadir incilərimiz UNESCO-nun Dünya İrsi Siyahısında layiqli yerini möhkəmləndirib. Paytaxtımızın müasir simasına çevrilən möhtəşəm mədəniyyət mərkəzləri və ictimai parklar məhz bu nəcib yanaşmanın və milli mədəniyyətimizə olan yüksək qayğının nəticəsidir", - o vurğulayıb.

Seçilən
38
6
teleqraf.com

7Mənbələr