Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoruna müavin təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Rahim Mahir oğlu Hüseynov gətirilib.
Qeyd edək ki, əmək fəaliyyətinə 2011-ci ildə başlayan R.Hüseynov 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2021–2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.