AZ

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 5 dəfəyə yaxın artıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC şirkəti 2026-cı ilin ilk rübü ərzində 27,8 milyon dollarlıq ixrac həyata keçirib.

Bu barədə Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın 2026-cı il aprel buraxılışına istinadən xəbər verir.

Müqayisə üçün, 2025-ci ilin eyni dövründə bu göstərici 6,1 milyon ABŞ dolları idi. Beləliklə, şirkətin ixracı illik müqayisədə 21,7 milyon ABŞ dolları və ya 4,6 dəfə artıb.

“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC İmişli Şəkər Zavodunda şəkər tozu, kəllə qənd, parça qənd, şəkər pudrası, noğul, qəhvəyi şəkər, karamel və s. məhsullar istehsal edir. 

 

Seçilən
30
marja.az

1Mənbələr