AZ

TƏCİLİ:ABŞ-də məktəbə silahlı hücum: Yaralılar var

ABŞ-nin Vaşinqton ştatında yerləşən Takoma şəhərində məktəbdə baş verən bıçaqlanma hadisəsi panikaya səbəb olub.

Musavat.com xəbər verir ki, hadisə Henri Foss Liseyində qeydə alınıb.

"CBS News"un səlahiyyətlilərə istinadən verdiyi məlumata görə, insident nəticəsində ən azı 5 nəfər yaralanıb.

Takoma Polis Departamentinin sözçüsü Şelbi Boyd bildirib ki, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra polis dərhal məktəbə cəlb olunub. Hadisə yerində 4 şagird və 1 məktəb təhlükəsizlik əməkdaşının yaralı olduğu müəyyən edilib.

İlkin məlumatlara görə, bütün zərərçəkənlər bıçaq və ya kəsici alətlə xəsarət alıblar. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Takoma Yanğından Xilasetmə Xidmətinin sözçüsü Çelsi Şepard bildirib ki, yaralılardan dördünün vəziyyəti ağır, bir nəfərin isə ciddi olduğu qiymətləndirilir.

Hadisədə iştirak etdiyi ehtimal olunan bir şagird saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr